Maliyyə Nazirliyi iki alət üzrə 7,7 mln manat borc alıb
Sentyabrın 14-də Bakı Fond Birjasında keçirilən hərracda AZ0106007351 seriyalı 2 mln manatlıq ortamüddətli dövlət istiqrazları yerləşdirilib.
İki investorun ümumi sifariş həcmi nominalla 4,4 mln manat olub. Sifarişlər 100,13% və 100,18% (gəlirlilik 5,00%) qiymətlə təqdim edilib.
DOİ üzrə öhdəliklər 11 sentyabr 2015-ci ildə ödəniləcək.
Həmin gün Maliyyə Nazirliyi birjada AZ0204007378 seriyalı 5,74 mln manatlıq geri çağırmaq hüququ ilə dövlət istiqrazlarını (GDİ) yerləşdirib.
Üç iştirakçı tərəfindən ümumi sifariş həcmi nominalla 5,74 mln manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlilik 4,00%) qiymətlə proporsional qaydada təqdim və təmin edilib.
GDİ üzrə öhdəliklər 13 sentyabr 2013-ci ildə ödəniləcək. --15D--
-
- Siyasət
- 17 Sentyabr 2012 14:31
-
- İqtisadiyyat
- 17 Sentyabr 2012 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz