Maliyyə Nazirliyi illik DQİ üzrə sifarişləri təmin etməyib
Dekabrın 20-də Maliyyə Nazirliyi tədavül müddəti 364 gün olan istiqrazlar üzrə sifarişləri təmin etməyib.
İnvestorlar daha yüksək gəlir tələb edib.
Bakı Fond Birjasının məlumatına görə, investorlar 10 mln manat təklifə qarşı 11,5 mln manatlıq 10 sifariş verib. Sifarişlər illik 15,9-23% intervalında olub.
182 gün tədavül müddətli istiqrazlar üzrə hərracda qiymətli kağızlar 100% (15 mln manat) yerləşdirilib. 15 investor bu QK üzrə 13 mln 763 min manat ödəyib. Orta ölçülmüş gəlir illik 18,2% təşkil edib. Amma investorlar 24 mln manat məbləğində sifariş verib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz