- İqtisadiyyat
- 21 Dekabr 2015, 15:22
- 161
Manat Cənubi Qafqaz kontekstində
47,7% devalvasiya ilə dolların 1,05 manatdan 1,55 manata bahalanması sırf Azərbaycan hadisəsi oldu, deyə Turan Agentliyi bildirir.
Cənubi Qafqazın digər ölkələrində - Ermənistan və Gürcüstanda milli valyuta çoxdan üzür və neftin qiymətinə reaksiya vermir.
Gürcüstanda 2,39 lari $1-dır. Larinin məzənnəsi 20 noyabr 2014-cü ildən düşür. 21 fevralda manat 34% ucuzlaşanda 1 dollar 1,76 yox, 2,26 lari, Bundan sonra 2,39 lari = $1 oldu.
Ermənistan dramının məzənnəsi belədir: 480 dram =$1. Ermənistan 2009-cu ildən üzən məzənnəyə keçib. O vaxtdan 59% - 1 dollar üçün 307 dramdan 480 drama düşüb. Sonuncu kəskin ucuzlaşma 2014-cü ilin noyabr-dekabrında olub - 8,9%. Bu, rublun düşməsi ilə bağlı idi. Ermənistan iqtisadiyyatı da xaricdən asılıdır. Amma neftin qiymətinə yox, RF rubluna bağlıdır.
Ermənistan və Gürcüstanın valyutasının nisbi sabitliyi qeyri-neft sektorunun nisbətən yaxşı inkişafı, iqtisadiyyatda liberalizm və sərt monetar məzənnə ilə bağlıdır. Yalnız böhran vəziyyətində valyuta intervensiyası ilə vəziyyətə müdaxilə edilir.
Azərbaycan da həmin modelə keçməlidir. Birinci addım: üzən məzənnəyə artıq keçilib. Növbəti addımlar iqtisadiyyatda liberallaşması sahəsində olmalı, qonşu ölkələrdə olduğu kimi məzənnə sabitliyi ilə nəticələnməlidir, deyə Turan qeyd edir.—0—
-
- Siyasət
- 21 Dekabr 2015 15:20
-
- İqtisadiyyat
- 21 Dekabr 2015 15:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz