Manat kütləsi oktyabrda faiz yarım artıb
2013-cü ilin oktyabrında pul kütləsinin həcmi 208,2 mln manat və ya 1,41% artaraq 15017,8 mln manat olub. Son 12 ayda iqtisadiyyatda manat vəsaitlərinin həcmi 2454,2 mln manat və ya 19,5% artıb.
AMB-nin məlumatına əsasən, bank sistemindən kənarda nağd pul həcmi 164,4 mln manat və ya 1,7% artaraq 9724,4 mln manat olub. Nağdsız manat həcmi 43,8 mln manat və ya 0,8% artaraq 5293,4 mln manat təşkil edib. Manat pul kütləsi strukturunda sonuncuların xüsusi çəkisi 35,2%-dək azalıb.
Hesabat dövründə geniş pul kütləsi göstəricisi 253,8 mln manat və ya 1,44%, il ərzində 2260,8 mln və ya 14,5% artaraq 17867,4 mln manat təşkil edib.
Bank sistemində xarici valyuta kütləsinin həcmi oktyabrda 45,6 mln manat və ya 1,6% artaraq 2849,6 mln manat ekvivalenti təşkil edib. İl ərzində xarici pul kütləsi 6,4% azalıb. Ümumi pul kütləsində manat resurslarının payı 84,1% olub. Bu, 2012-ci ilin 1 noyabr göstəricisindən 3,6% çoxdur.
Pul bazasının ümumi həcmi oktyabrda 1,2%, il ərzində 15,6% artaraq 10823,2 mln manat olub. Hesabat dövründə manat pul bazası 1,1% artaraq 10732,2 mln manata çatıb. --15В--
-
- İqtisadiyyat
- 13 Dekabr 2013 15:51
-
- Siyasət
- 13 Dekabr 2013 15:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz