Manat rekord dərəcədə möhkəmlənib
Fevralın 9-da Mərkəzi Bankın valyuta hərracında manat dollara nisbətən 9,64 qəpik və ya 5,3% möhkəmlənərək bir dollara görə 1,7301 manat təşkil edib.
Bu, son 14 ayda milli valyutanın kəskin möhkəmlənməsidir.
Bundan öncə isə manat dollara görə 19 qəpik və 9,9% möhkəmlənib. Belə ki, fevralın 2-də manatın rəsmi məzənnəsi bir dollara görə 1,92 olub.
Proqnozlaşdırmaq olar ki, bu gün kommersiya bankları əhalidən dollar alışının məzənnəsini 1,58-1,60 manata endirəcək, ancaq 1,73 manata satacaqlar.
Ekspertlər əvvəlkitək qeyd edirlər ki, manatın bu cür kəskin möhkəmlənməsi üçün real iqtisadi səbəb yoxdur və burada bank spekulyasiyasına yol verilir.
İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu qeyd edib ki, valyuta bazarında iki oyuncu var və ikisi də dövlət qurumudur: Mərkəzi Bank və Dövlət Neft Fondu.
“Bir qurum təklifi, digəri isə tələbi formalaşdırır. Mərkəzi Bank və Dövlət Neft Fondu öz fəaliyyətini iqtisadi qanunlar əsasında yox, inzibati metodlar əsasında qururlar. Odur ki, istənilən vaxt manatı dəyərsizləşdirmək və ya möhkəmləndirmək onlar üçün çətin deyil”, - Q.İbadoğlu deyib.–71D-
-
- Cəmiyyət
- 9 Fevral 2017 13:44
-
- İqtisadiyyat
- 9 Fevral 2017 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz