Bakı Metropoliteni daha üç tenderin davamından imtina edib
«Bakı Metropoliteni» QSC daha üç satınalma üzrə tenderin davamından imtina edib. Səbəb eynidir – maliyyə imkanının məhdudluğu.
Bu gün, fevralın 9-da ümumi qiyməti 1,5 mln manat təşkil edən fərdi mühafizə vasitələrinin satın alınmasına dair tenderin nəticələrinin ləğv edildiyi bildirilir.
Tender komissiyasının üzvü Rauf Yusifov Turan-a bildirib ki, “Bənövşəyi xətt”inin B03 (şərti ad B03) stansiyası üçün tunel və stansiya güc ventilyatorlarının, dempferlərinin və onların aksesuarlarının alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin” satın alınmasına dair iki tenderin nəticələri də ləğv edilib. Bu, həmin stansiyanın istismara verilməsini gecikdirəcək.
Yusifovun sözlərinə görə, daha bir neçə satınalma sual altındadır. Buna qədər iki dəzgahın alınması üzrə tenderin davamından imtina edilib.
2017-ci ildə hökumət dövlət büdcəsindən Bakı Metropoliteninə subsidiyanı 8 mln manat azaldıb. Bu il subsidiya həcmi 30 mln manat olacaq. --08B
-
- İqtisadiyyat
- 9 Fevral 2017 13:48
-
- Aktual Reportaj
- 9 Fevral 2017 14:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz