Manat resurslarının xüsusi çəkisi il ərzində 1,7 faiz bəndi artıb
2013-cü ilin iyulunda pul kütləsinin həcmi 204,7 mln manat və ya 1,4% artaraq 14504,4 mln manat olub. Son 12 ayda iqtisadiyyatda manat vəsaitlərinin həcmi 2533,4 mln manat və ya 21,2% artıb.
AMB-nin məlumatına əsasən, bank sistemindən kənarda nağd pul həcmi iyulda 235,4 mln manat və ya 2,6% artaraq 9455,1 mln manat olub. Nağdsız manat həcmi 60,6 mln manat və ya 1,2% azalaraq 5019,3 mln manat təşkil edib. Manat pul kütləsi strukturunda sonuncuların xüsusi çəkisi 34,6%-dək azalıb.
Hesabat dövründə geniş pul kütləsi göstəricisi 422,7 mln manat və ya 2,5%, il ərzində 18,6% artaraq 17435,8 mln manat olub.
Bank sistemində xarici valyuta kütləsinin həcmi iyulda 217,8 mln manat və ya 8% artaraq 2931,3 mln manat ekvivalenti təşkil edib. İl ərzində xarici pul kütləsi 7,3% artıb. Ümumi pul kütləsində manat resurslarının payı 83,1% təşkil edib. Bu, 2012-ci ilin 1 avqust göstəricisindən 1,7% çoxdur.
Pul bazasının ümumi həcmi iyulda 1,9%, il ərzində 16,4% artaraq 10528,8 mln manat olub. Hesabat dövründə manat pul bazası 162,4 mln manat və ya 1,6% artaraq 10427,6 mln manata çatıb. --15В--
-
- Cəmiyyət
- 3 Sentyabr 2013 15:34
-
- İqtisadiyyat
- 3 Sentyabr 2013 16:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz