Manatın möhkəmlənməsi üçün dayanıqlı iqtisadi səbəb yoxdur – ekspert
Manatın son günlər cüzi möhkəmlənməsinin 2 səbəbi var: iqtisadi və siyasi, deyə iqtisadçı Natiq Cəfərli hesab edir.
Turan-ın məlumatına görə, N.Cəfərli Facebook səhifəsində qeyd edib ki, Neft Fondunun və Mərkəzi Bankın hərraca çıxartdığı valyutanın böyük hissəsini çoxlu xarici borcları olan Beynəlxalq Bank alırd.
«Neft Fondu öıkədə banklar arasında rəqabət qaydalarını pozaraq tək Beynəlxalq Banka 1 mlrd dollar depozit yerləşdirdi. Bank öz dollar təlabatını müvəqqəti də olsa, ödədi, hərraclarda iştirakını azaltdı», deyə o yazıb.
Siyasi səbəblərə gəlincə, ekspert qeyd edir ki, ölkədə prezident seçkiləri ola bilər. Əgər seçki yaxın aylara təyin ediləcəksə, seçki bitənə qədər manat ciddi dəyər itirməyəcək, buna imkan verməyəcəklər. Hətta manat 1,55-ə qədər möhkəmlənə bilər.
«Ümumən manatın möhkəmlənməsi üçün heç bir ciddi dayanıqlı iqtisadi səbəb yoxdur», deyə N.Cəfərli hesab edir. 71D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz