Martda xarici ticarət balansının kəsiri pik həddə çatıb
Bu ilin martında Azərbaycana əmtəə idxalı həcmi $849 mln təşkil edib. Bu, fevraldakından $307 mln çoxdur, deyə Gömrük Komitəsi məlumat verir.
Ay ərzində xarici ticarət balansının kəsiri $291,5 mln olub. Bu, 2000-ci illərin əvvəlində neft dolları axını başlayandan ən yüksək göstəricidir. 2015-ci ilin dekabrında idxal ixracdan $206,7 mln çox olub.
Bu ilin I rübündə Azərbaycanın xarici ticarət balansının həcmi $3,6 mlrd olub. Bu, ötən ilin eyni dövrünəkindən 38% azdır. $1 mlrd 780,6 mln məbləğində mal ixrac edilib (-47,3%). Ticarət balansının kəsiri $45,3 mln təşkil edib. --08D—
-
- İqtisadiyyat
- 18 Aprel 2016 13:36
-
- Siyasət
- 18 Aprel 2016 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz