Mayda deflyasiya mövsümü başlayıb
Mayda Azərbaycanda istehlak qiymətləri 0,4% ucuzlaşıb, deyə Dövlətstatkom məlumat verir. Ötən il mövsümi amillərlə bağlı deflyasiya apreldə başlayıb avqusta kimi davam etmişdi.
DSK-nın məlumatına görə, aprellə müqayisədə ərzaq məhsullarının qiymətləri 0,9 faiz ucuzlaşıb. Əvvəlki aylardan fərqli olaraq, mayda qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.
Ay ərzində xamanın, qarğıdalı yağının, almanın, armudun, göyərtinin, çuğundurun, kökün, soğanın qiymətlərində bahalaşma olub. Unun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, əridilmiş pendirin, yağlı kəsmiyin, yumurtanın, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, bananın, alçanın, çiyələyin, kələmin, xiyar və pomidorun, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma qeydə alınıb. 08D
-
- İqtisadiyyat
- 5 İyun 2013 13:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz