Bank hüquqşünasları hesab edir ki, qanunvericilik təkmilləşdirilməlidir
Bank sahəsində hüquqi risklərin idarə edilməsi strategiyası dəyişdirilməlidir, deyə Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Azərbaycan Respublikasının əməkdar hüquqşünası xanım Rəna Məlikova düşünür.
Azərbaycan Rİsk Peşəkarları Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə Park Inn hotelində ölkənin aparıcı banklarının hüquq menecerlerinin və mütəxəssislərinin dəyirmi masasında qərara alınıb ki, bu sahədə menecerlərin səyləri birləşdirilsin. Tədbirdə banklarda hüquqi auditin və hüquq işinin idarəetmə standartlarının müəyyən olunması və bu məsələlərin qanunvericilik səviyyəsində təsbit olunması zəruriliyi vurğulanıb.
Təşkilati məsələlərə də baxılıb. Belə ki, “AtaHolding” ASC-ninin Hüquq Departamentinin direktoru, “AtaBank” ASC-nin İdarə Heyətinin sədrinin müşaviri, ARPA Direktorlar Şurasının üzvü Qorxmaz Ağayev Dəyirmi masanın sədri seçilib.
Dəyirmi masaların rüblük əsasda keçirilməsi nəzərdə tutulur. Növbəti Dəyirmi masanın keçirilməsi bu ilin sentyabr ayında olacaq. --17D—
-
- İqtisadiyyat
- 5 İyun 2013 13:18
-
- İqtisadiyyat
- 5 İyun 2013 13:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz