Mayda kassa dövriyyəsinin profisiti 186 mln manatadək azalıb
Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirləri 2013-ci ilin yanvar-mayında 15,256 mlrd manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.
Daha çox mədaxili xarici valyuta satışı təmin edib – 32,6%. Mal satışı 17,1%, kreditlər üzrə mədaxil 8,7%, depozit hesabına mədaxil 5,3%, bankomatlar vasitəsilə mədaxil 4,8%, əmlak alan zaman notarial hesablara mədaxil 4,5%, xidmət və iş üzrə mədaxil 4,1% və s.
Mərkəzi Bankın məlumatına görə, kassa dövriyyəsinin profisiti 186 mln manat (mayda -130 mln manat). Beləliklə, nağd vəsait xərcləri 15,070 mlrd manat olub. Bu, 2012-ci ilin göstəricisindən 21,1% çoxdur. Ümumi xərclərdən 27,9% mal və xidmət xərcləri, 25,4% bankomatların pulla təchizatı ilə bağlı xərclər, 11,3% xarici valyuta alışı xərcləri, 7,4% kreditlər üzrə ödəniş, 5,8% əmlak əqdləri üzrə notarial hesablardan xərclər, 3,6% depozit hesabından ödənişlər və s. olub.
Beş ayda kassa qalığı 356 mln manat olub. Bu, nağd mədaxilin 2,3%-dir.
Günlük nağd pul mədaxilinin orta həcmi 101,030 mln manat, xərclərin orta həcmi 99,807 mln manat olub. --15B--
-
- Cəmiyyət
- 8 İyul 2013 14:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz