Məhkəmə «Evrobank» ASC-nin kreditorlarının qərarına baxacaq
“Evrobank” ASC-nin kreditorları 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət edə bilər.
Azerbaijan International Consulting Company-nin (bankın ləğvedicisi təyin edilib) direktoru Natiq Abdullayevin sözlərinə görə, kreditorların tələbləri qeydiyyata alınır və məhkəmədə təsdiq edilməlidir. Bun görə kreditorların mübahisəli tələbləri toplanılıb və baxılb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yanvarın 14-də saat 15:30-da dinləmə keçirəcək. İKreditorlar dinləməyə üzrlü səbəb olmadan gəlmədikdə onların tələbləri rədd ediləcək.
Bankın lisenziyasının ləğv edilməsi haqqında qərar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 10 avqust 2015-ci ildə qəbul edilib və bank müflis elan olunub. Bankda əhalinin əmanətləri yoxdur. 13 iyul 2015-ci ildə bankda müvəqqəti idarəçilik tətbiq edilib. -- 17D—
-
- İqtisadiyyat
- 8 Yanvar 2016 11:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz