Məktəb ləvazimatı bazarında vəziyyət istehlakçıların ziyanınadır
Hər il yeni dərs ili öncəsi Bakının məktəb bazarlarında vəziyyət pisləşir. Bu il də istisna deyil. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sentyabrın 12-də «RİA Novosti» mətbuat mərkəzindəki mətbuat konfransında deyib ki, məktəb uniforması və ləvazimatların qiyməti artır, keyfiyyət isə pisdir.
Onun sözlərinə görə, məktəbli geyimi tikintisində azad rəqabət pozulur. «Dövlət məktəb forması standartına qeyri-məhdud çıxış tətbiq etməlidir və yeganə meyar keyfiyyət və təhlükəsizlik olmalıdır», deyə Hüseynov düşünür. Hazırda Bakıda məktəbli geyimi bazarına «Bakı Tikiş Evi» (keçmiş Volodarski adına fabrik) ASC nəzarət edir. Bu ildən Sumqayıtın tekstik müəssisələrindən biri də Bakı məktəblilərinə geyim tədarük edir.
AİB-in monitorinqi və vətəndaşların müraciətləri göstərir ki, Кməhsulun qiyməti alıcıları qane etmir. Pambıq və yunun dünya bazarındakı qiyməti 2 dəfə ucuzlaşanda da məktəbli forması ucuzlaşmır (bir komplekt 40-50 manat). Valideynlər tikişin səviyyəsi və satış yerlərinin azlığından şikayət edir. Bu şəraitdə bazara Çin malı daxil olur. O, istehlakçını gözəl dizaynı ilə cəlb edir. AİB-in hesablamasına görə, bu il məktəbli forması 10% bahalanıb. Məktəblinin sentyabrın 15-də dərsə göndərmək üçün ümumilikdə valideynlərin xərci 200 manatdan az olmur, ölkədə yaşayış minimumu isə 125 manatdır. 08C
-
- İqtisadiyyat
- 12 Sentyabr 2014 16:00
-
- Foto sessiyalar
- 12 Sentyabr 2014 16:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz