Mənzillərin qiyməti 10% artıb
Bu ilin birinci rübündə Azərbaycanda mənzillər orta hesabla 10% baha qiymətə təklif olunmağa başlayıb. Bu tendensiya cari il fevralın 21-dən manatın məzənnəsinin kəskin şəkildə enməsi ilə bağlıdır. Bundan sonra daşınmaz əmlak bazarında qiymət artımı gözlənilib.
Dövlət Statıstika Komitəsinin hesablamalaına görə, ilkin mənzil bazarında qiymətlər illik hesablamada 12,7%, təkrar mənzil bazarında 10% artıb. Birinci rübdə yeni mənzillər 4,8% baha, köhnə mənzillər 3,5% baha qiymətə təklif olunur.
Ekspertlər hesab edirlər ki, daşınmaz əmlak bazarının bu reaksiyası təbiidir. Eyni zamanda onların fikrincə, əgər milli valyuta alıcılıq qabiliyyətini itirməkdə davam edərsə əhalinin gəlirləri azalacaq və bu da daşınmaz əmlak bazarında fəallığa təsir göstərəcək ki, bununla da qiymətlər yenidən enməyə başlayacaq.
Rieltorların sözlərinə görə, qiymətlər qalxdıqdan sonra hələlik sabitləşib.
2014-cü ildə Azərbaycanda ilkin və təkrar mənzil bazarında 98 min obyekt üzrə hüquqları qeydə alınıb. Bunun 47 mindən çoxu Bakı şəhərinin payına düşür. 08D
-
- İqtisadiyyat
- 17 Aprel 2015 19:21
-
- Söz istəyirəm
- 17 Aprel 2015 19:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz