Mərkəzi Bank dolların məzənnəsini dəyişməyib
Azərbaycan Mərkəzi Bankı dekabrın 6-ı üçün dolların məzənnəsini dəyişməyərək 1,7339 manat səviyyəsində saxlayıb.
Artıq 2 həftədən çoxdur ki, kommersiya bankları xarici valyuta satmır.
“Qara bazar”da Amerika valyutası 1, 82 -1, 85 manat məzənnə ilə alınır –satılır.
Qeyd edək ki, oktyabrın ortalarından başlayaraq dolların və avronun manata nisbətən məzənnəsi artmağa başlayıb. Artım oktyabrın 18-də müəyyən edilmiş 1,5969 manatla başlayıb.–71D-
-
- İqtisadiyyat
- 5 Dekabr 2016 19:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz