Mərkəzi Bank sığortaçı axtarışında
Azərbaycan Mərkəzi Bankı 2016-cı il üçün əməkdaşlarının tibbi sığortası üçün tender elan edib.
Tender oktyabrın 8-də saat 16.00-da Rəşid Behbudov küçəsi, 32 ünvanında Mərkəzi Bankın binasında keçiriləcək.
Tenderdə iştiraka iddia edən sığorta şirkətləri 7 oktyabr saat 18:00-a qədər təklifləri və bank zəmanətini təqdim etməlidirlər. Digər tələb olunan sənədlər Mərkəzi Banka sentyabrın 29-dan gec olmayaraq çap edilmiş, imzalanmış şəkildə və ikiqat zərfdə təqdim edilməlidir.
Bu müddətdən sonra təqdim edilən sənədlər tenderə buraxılmayacaq. Tenderdə iştirakın dəyəri 150 manatdır.
Əvvəl Mərkəzi Bankın 600-ə yaxın işçisinin könüllü tibbi sığortasını “Azsığorta” şirkəti həyata keçirirdi. 2013-cü ildə tenderin qalibi “Paşa Sığorta şirkəti olub.—0—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz