Mərkəzi Bank xarici valyuta qıtlığı ilə bağlı vəziyyəti şərh etmir
Kommersiya banklarının xarici valyuta satışı ilə bağlı vəziyyət gərgindir.
Turan-ın məlumatına görə, ötən həftənin sonundan bankların bir hissəsi valyuta satışını ya dayandırıb, ya da sərt limit qoyub.
Sentyabrın ilk günündə banklar arasında keçirilən sorğu göstərib ki, vəziyyət normallaşmayıb.
Belə ki, «Respublika», «Standart», «Silkway» xarici valyuta satmır.
«Kapitalbank», «Accessbank», «Azərbaycan Beynəlxalq Bankı» bir nəfərə 100 dollar/avro limit qoyub, «Azəritürkbank»da bildiriblər ki, dollar alışına limti kassaya yaxınlaşanda bilmək olar.
«Paşabank»da deyiblər ki, xarici valyutanı yalnız müştərilərinə satırlar.
Maraqlıdır ki, müvafiq maliyyə strukturları banklarda dollar qıtlığına və bununla bağlı yaranan təşvişə rəsmi reaksiya vermirlər.
AMB Turan-ın valyuta qıtlığı və vəziyyəti yaxşılaşdırmaq üçün görülən tədbirlər barədə sorğusuna cavab verməyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasında qey ediblər ki, onlar bankların kommersiya siyasətinə qarışmır, 4% marjaya nəzarət edirlər.
Bununla belə, Palatada qeyd ediblər ki, əksər kommersiya banklarının valyuta satışından imtinası ilə bağlı əhali arasında təlaşın mövcud olduğunu hesab etmirlər. –73В-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz