Mərkəzi Bankın 100 mln manatlıq qısamüddətli notları qeydiyyata alınıb
Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankın 100 mln manatlıq qısamüddətli notlarını qeydiyyata alıb.
Turan-ın məlumatına görə, hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100553S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Sözügedən notların tədavül müddəti 28 gündür.
Bundan başqa, hər birinin nominal dəyəri 100 manat olan 500 min dövlət qısamüddətli notlarının buraxılışı 50100653S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Bu notların tədavül müddəti 29 gündür.
Qeyd edək ki, notlar anti-inflyasiya tədbirləri çərçivəsində buraxılır. Bundan başqa, pulların steriləşdirilməsi üçün 2016-cı ilin iyunundan AMB hər həftə depozit hərracı keçirir. 71D
-
- Siyasət
- 8 Fevral 2017 11:38
-
- İqtisadiyyat
- 8 Fevral 2017 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz