Mərkəzi Bankın 50 mln manatlıq qısamüddətli notları qeydiyyata alınıb
Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mərkəzi Bankının 50 mln manat məbləğində qısamüddətli notlarını dövlət qeydiyyatına alıb.
Hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd qısamüddətli notların tədavül müddəti 28 gündür.
Xatırladaq ki, martın 7-də Palata Mərkəzi Bankın eyni məbləğdə qısamüddətli notlarını qeydiyyata alıb.
Fevralda idə MBNP Mərkəzi Bankın 150 mln manat məbləğində qısamüddətli notlarını qeydiyyata almışdı. .
Qeyd edək ki, notlar anti-inflyasiya tədbirləri çərçivəsində buraxılır. Bundan başqa, AMB pulların sterilləşdirilməsi üçün 2016-cı ilin iyunundan hər həftə depozit hərracı keçirir. 71D
-
- İqtisadiyyat
- 14 Mart 2017 10:21
-
- Analitika
- 14 Mart 2017 12:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz