Mərkəzi Bankın taktikası «qara bazarı» çiçəkləndirir – Natiq Cəfərli
Mərkəzi Bankın 2017-ci ildəki ilk valyuta hərracı göstərdi ki, AMB hər hərracda tələbdən dəfələrlə az valyuta çıxartmaqda israrlıdır, deyə iqtisadçı Natiq Cəfərli hesab edir.
Turan-ın məlumatına görə, ekspertin fikrincə, bu addım “qara bazarı” təşviq edəcək, rəsmi məzənnə önəmini itirəcək.
N. Cəfərli qeyd edib ki, AMB-nin əsas vəzifəsi sərbəst valyuta alış-satışını bərpa etmək olmalıdır. Yoxsa qiymətlər daha sürətlə artacaq, mağazalar, apteklər getdikcə boşalacaq, olan-qalan investorlar da ölkədən qaçıb gedəcək, rəsmi məzənnə ilə real məzənnə arasında fərq böyüyəcək.
«Mərkəzi Bank 4%-lik, artıq mənasını itirmiş məzənnə marjını ləğv etməli, banklara sərbəstlik verməli, valyutadəyişmə məntəqələrinin yenidən açılmasına şərait yaratmalıdır. Başqa yol yoxdur, ölkəni məzənnə siyasətində Türkmənistana, Özbəkistana çevirmək olmaz, bu daha təhlükəlidir”, deyə N. Cəfərli hesab edir. Xatırladaq ki, 2017-ci ildəki ilk valyuta hərracında dolların məzənnəsi 1,7707-dan 1,7742 manata artıb. 71D
-
- İqtisadiyyat
- 6 Yanvar 2017 18:22
-
- Siyasət
- 7 Yanvar 2017 11:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz