Mərkəzi depozitar yeni ödəniş sisteminə keçir
Azərbaycanda qiymətli kağızların alqı-satqısı üzrə yeni müvəqqəti ödəniş sisteminə keçid planlaşdırılır. Əqdlər üzrə hesablaşmalar birjada sənədləşəndən sonra növbəti gün həyata keçiriləcək.
Yeni klirinq sisteminə keçid bu ilin ikinci yarısında olacaq, deyə «Milli depozit Mərkəzi» QSC məlumat verir. 2013-cü ilin 2-ci yarısından qiymətli kağızlar üzrə klirinq əməliyyatları MDM vasitəsilə həyata keçirilir. Mövcud sistem yalnız ödəniş həyata keçiriləndən sonra qiymətli kağızlarla təminata imkan verir. Hazırkı sistem isə QK bazarı iştirakçılarına bir gün sonra hesablaşma imkanı yaradır. Bu, birjada ilkin və təkrar yerləşdirmə yolu ilə bağlanan korporativ QK-ın birja əqdləri ilə mümkün olacaq. Dövlət QK ilə əməliyyatlar üzrə hesablaşmalar real vaxt rejimində olacaq.
MDM-də hesab edirlər ki, yeni sistem bazarın dərinləşməsi prosesini stimullaşdıracaq.
Bu ilin 4 ayında MDM-də 35,2 mln manat məbləğində 1742 birja əqdi, 239 birjadankənar əqd (9 942 min manat) və 657 korporativ QK-ın ilkin yerləşdirməsi əqdi (2 153,6 mln manat) qeydiyyata alınıb. 08D
-
- Bazarların icmalı
- 10 İyun 2014 16:11
-
- İqtisadiyyat
- 10 İyun 2014 16:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz