Korporativ maliyyə mədaxili bank sektorunda aparıcı rol oynayır
Mərkəzi Bank 426 mln 39 min manat (ötən ilin 1 mayı ilə müqayisədə + 64,67%) pul emissiya edib.
AMB-nin məlumatına əsasən, 4 ayda məcmu kassa mədaxili 12 mlrd 246 mln 597 min manat (+6,29%), o cümlədən hüquqi şəxslərdən mədaxil 2 mlrd 897 mln 967 min manat (+ 21,56%), fiziki şəxslərdən 1 mlrd 46 mln 772 min manat (+14,75%) olub. Bankların hüquqi şəxslər və fiziki şəxslərlə əməliyyatlardan mədaxili 7 mlrd 858 mln 790 min manat (mənfi 0,67%) olub.
Banklar vasitəsilə nağd kassa xərcləri 12 mlrd 310 mln 878 min manat (+5,28%) olub. Bankların hüquqi şəxslər və fiziki şəxslərlə əməliyyatları üzrə ödənişləri 5 mlrd 280 mln 129 min manat (+7,74%), hüquqi şəxslər və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin ödənişləri 3 mlrd 104,151 mln manat (- 9,87%), bankomatlar vasitəsilə əməliyyatlar 3 mlrd 571 mln 491 min manat (+ 19,37%) təşkil edib. –17D—
-
- İqtisadiyyat
- 10 İyun 2014 16:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz