Mərkəzləşdirilmiş kreditləşmə sentyabrda 2,3% artıb
Bankların Azərbaycan Mərkəzi Bankından borc aldığı kreditlər üzrə öhdəlikləri bu ilin sentyabrında 71,5 mln manat və ya 2,3 faiz artaraq 3157,1 mln manat olub. İllik müddətdə bu göstərici 741,8 mln manat və ya 30,7% artıb, ilin əvvəlindən 130,8 mln manat və ya 4% azalıb.
AMB-nin məlumatına əsasən, ötən ilin fevralından mərkəzləşdirilmiş kreditlər illik 4,75%-lə verilir.
Avqustun sonu üçün Azərbaycan Mərkəzi Bankının mərkəzləşdirilmiş resursları bankların maliyyə sektorundan cəlb etdiyi bütün vəsaitlərin 48,5%-i və bank sisteminin bütün öhdəliklərinin 19,4%-i qədər olub.
Maraqlıdır ki, 5 il əvvəl – dünya maliyyə böhranı bank sistemində yenicə hiss ediləndə AMB -nin kreditlərinin payı cəmi 118,6 mln manat və ya bankların ümumi öhdəliklərinin 1,4%-i qədər idi. --15В--
-
- Siyasət
- 15 Noyabr 2013 14:26
-
- İqtisadiyyat
- 15 Noyabr 2013 14:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz