Niderland Krallığının işgüzar missiyası Bakıya gəlib
21 noyabrda Bakıda Azərbaycan-Niderland Biznes Forumu keçiriləcək. Bundan əvvəlki görüş ötən ilin sentyabrında olub.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Turan-a bildiriblər ki, forum Niderland Krallığının Rotterdam şəhərinin meri cənab Əhməd Əbutalibin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilir. Biznes foruma gəmiqayırma, sənaye, konsaltinq və loqistika sahələrində fəaliyyət göstərən 10 Niderland şirkəti qatılıb.
Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanla Niderland arasında əmtəə dövriyyəsi 2013-cü ilin 9 ayında $131,3 mln olub. Niderlandın xeyrinə müsbət saldo $120,8 mln-dur.
Dövlətstatkoma görə, 2012-ci ildə Azərbaycan Niderlanda $10,8 mln məbləğində neft və neft məhsulları göndərib. Bu ölkədən 850 adda mal idxal edilib. Onların sırasında uşaq qidası (430,8 ton, $5 262 min), dərman preparatları (65,7 ton, $6,6 mln), siqaret (121,4 mln ədəd, $10,3 mln) və s. var. --08B—
-
- İqtisadiyyat
- 15 Noyabr 2013 14:34
-
- İqtisadiyyat
- 15 Noyabr 2013 15:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz