Məşğulluq üçün 6 milyon manat
Prezident İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon manat ayırıb. İqtisadi böhranla bağlı Azərbaycanda işsizlik səviyyəsi artır və hökumət məşğulluğun təmin edilməsi üçün müəyyən tədbirlər görür.
Vəsaitlər Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb. Prezidentin sərəncamında bu maliyyələşmə ilə bağlı konkret layihənin adı çəkilmir. Rəsmi məlumata görə, son 4 ayda 40 min nəfər iş yerini itirib.
Bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin özünüməşğulluğunun təmin olunması üçün kənd yerlərində işsizlik səviyyəsinin azaldılması məqsədilə pilot layihə həyata keçirirdi. Amma sonradan layihə donduruldu.
Nazirlikdə Turan-a deyiblər ki, Beynəlxalq Əmək təşkilatının mütəxəssislərinin iştirakı ilə hazırlanan layihəyə görə, ölkədəki 68 rayonun hər birində 20 ailə seçiləcək və onalrın hər birinə kiçik biznes qurmaq üçün 4 min manat pul veriləcək. Biznesin səmərəli şəkildə qurulmasına ekspertlər kömək edəcək.
Hazırda Azərbaycanda 120 mindən çox ailə ünvanlı sosial yardım alır. Təhlillərə görə, onların 55 faizi maddi kömək olarsa, öz məşğulluğunu təmin edə bilər. 08D
-
- Cəmiyyət
- 8 Aprel 2016 16:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz