Metallurgiya sənayesinin həcmi $500 mln-a keçib
2014-cü ildə metallurgiya sənayesi mallarının istehsal həcmi 305,4 mln manat, hazır məhsul 107,6 mln manat olub. Bu isə əvvəlki ildəkindən 11% və 6,2% çoxdur. Ekspertlər hesab edir ki, satışda uçotdan gizlədilən çoxlu qara metallurgiya məhsulu var.
Dövlətstatkoma görə, ötən il polad tökmə həcmi 326,8 min ton olub. Bu, 2013-cü ildəkindən 39% çoxdur. Təkcə “Baku Steel Company”nin illik gücü 1,1 mln tondur. Ötən il zavod gücünü 42% artırıb və bazara armaturdan başqa müxtəlif polad prokatı (katanka şveller və s) təklif edib.
2014-cü ildə armatur istehsalı 2,9% artaraq 248,7 min tona çatıb. Orta aylıq istehsal 20,7 min ton təşkil edib. Ötən il istehsala başlayan Sumqayıt Texnologiya Parkında polad və armatur istehsalının statistik hesabatının olub-olmaması barədə məlumat yoxdur. 2012-ci ildə armatur istehsalı 38,5% artaraq 244,8 min ton olub.
Ötən il polad boru istehsalı 44,5% azalaraq 33,7 min ton təşkil edib. Halbuki ölkədə rəsmən 3 boru zavodu var.
Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycandan $87,6 mln (+4,8%) məbləğində alüminium ixrac edilib. Natura şəklində alüminium istehsalı həcmi açıqlanmır. 08D
-
- İqtisadiyyat
- 22 Yanvar 2015 14:34
-
- Siyasət
- 22 Yanvar 2015 14:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz