Metroda gedişin maya dəyəri 0,50 manatdır
Bakı Metropolitenində gedişin maya dəyəri 2012-ci ildə 49,2 qəpik olub. Bu, 2011-ci ildəkindən (51,7 qəpik) 5% azdır.
Dövlətstatkoma görə, 2012-ci ildə Bakı Metropoliteni sərnişin daşımalarına 96 450 min manat xərcləyib. Bu, əvvəlki ildəkindən 2,1% çoxdur.
2012-ci ildə metro ilə 195,6 mln sərnişin (güzəştlilər də daxil) daşınıb. Bu, 2011-ci ildəkindən 7,1% çoxdur. Metropolitenin mədaxili 41,8% artaraq 40,8 mln manat olub. Bu, 2011-ci ildə gediş haqqının 15-dən 20 qəpiyə qaldırılması ilə bağlıdır.
DSK-da Turan-a bildiriblər ki, sərnişin daşımalarının artması tendensiyası bu ilin I rübündə də davam edib. Üç ayda metro ilə 50 mln nəfər daşınıb. Bu, 2012-ci ilin eyni dövründəkindən 5,5% çoxdur. 08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz