Microsoft, CISCO və Intel təhsilə kömək edəcək
Azərbaycanda təhsil sistemində İKT tətbiqi və multimedia vasitələrinin tətbiqinin genişləndirilməsini nəzərdə tutan layihə həyata keçiriləcək.
Təhsil naziri Mikayıl Cabbarov “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Trudi Norris-Qrey, “CİSCO” korporasiyasının vitse-prezidenti Conatan Sparrov və “İntel” korporasiyasının marketinq və satış üzrə vitse-prezidenti Con Deyvis ilə bu məsələni müzakirə edib.
Nazirliyin verdiyi məlumata görə, görüşdə qeyd edilib ki, təhsilin müxtəlif istiqamətləri üzrə “Microsoft”, “CİSCO” və “İntel” korporasiyaları ilə birgə layihələrin reallaşdırılması tədris müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması imkanlarını artıracaq. --17D—
-
- Cəmiyyət
- 4 Dekabr 2014 12:26
-
- İqtisadiyyat
- 4 Dekabr 2014 13:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz