Milyard yarım boşuna xərclənib
Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlayandan (1992-ci il) 1 mlrd 401 mln 274,05 min manat güzəştli kreditlər verib.
Fonddan verilən məlumata görə, indiyəcən 23 min 145 sahibkar güzəştli kredit almaq hüququndan istifadə edib. Ekspertlərin fikrincə, kənd təsərrüfatının imkanları nəzərə alınanda, bu, böyük rəqən deyil. Bu vəsaitə infrastrukturu inkişaf etdirmək, dünya səviyyəli istixanalar yaratmaq, kəndliləri işlə təmin etmək olardı. Bir çox sahibkarlar güzəştli kreditlər (36 aylığa) ala bilmir. Fondun adı hökumətin vəsaitlərini mənimsəyən kommersiya bankları ilə qalmaqalda çəkilir.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2013-ci ildə Fond 4500 layihəyə 275 mln manat güzəştli kreditlər verib. 2014-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 280 mln manata çatacaq. --17D—
-
- İqtisadiyyat
- 15 Sentyabr 2014 14:47
-
- Cəmiyyət
- 15 Sentyabr 2014 15:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz