Tikinti dələduzları 41 mln manaat vergidən yayınıb
Daha bir mənzil məsələsi üzrə cinayət işi açılıb. Respublika Baş Prokurorluğunun məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qazaxdan daxil olan şikayətə baxıb.
“Oba” MTK-nın vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 213.2.2 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) və maddələri ilə cinayət işi başlanıb. Onlar eyni mənzili bir neçə şəxsə satıb, həmçinin vergi bəyannamələrinə yalan məlumatlar daxil etməklə 40 milyon 918 min manat məbləğində pul vəsaitini vergidən yayındırıb.
Bu, Respublika Baş Prokurorluğunun bu il ilk belə məlumatı deyil. Adətən, iri olmayan tikinti şirkətlərinin rəhbərləri məsuliyyətə cəlb edilir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi «RT LTD» MMC, «Əzizbəy-КМ» MMC və başqa şirkətlərə qarşı 308.1 (səlahiyyətindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə iş açıb.
Bir çox hallarda Бtikinti şirkətləri eyni mənzili bir neçə şəxsə satır, vətəndaşların hüquqları yetərincə müdafiə edilmir. Annaloji işlər zamanı təqsirləndirənlər dəfələrlə bəyan edib ki, tikintiyə icazə üçün müxtəlif ünvanlara rüşvət verdiklərindən bu addımı atmağa məcburdurlar. --17D—
-
- Siyasət
- 15 Sentyabr 2014 14:42
-
- İqtisadiyyat
- 15 Sentyabr 2014 15:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz