Mobil telefonlara valyuta «qara bazar»ının reklamı gəlir
Sentyabrın 5-dən mobil telefonlara valyuta «qara bazar»ında dolların məzənnəsi barədə məlumat gəlir.
Turan-ın məlumatına görə, 9944 nömrəsindən AMB-nin rəsmi məzənnəsi və valyuta «qara bazar»ında dolların məzənnəsi barədə məlumat gəlir.
Maraqlıdır ki, bazardakı vəziyyət barədə informasiyada 4%-lik marja aşılır.
SMS-də şəhər telefonu da verilir - 0124041389.
Amma bu nömrəyə zənglər bir nəticə vermir.
Avto cavab verici abunəçinin hara zəng etdiyini bildirmir. Operatorla əlaqə saxlamaq mümkün olmur. Bir neçə dəqiqə musiqi dinləyəndən sonra aydın olur ki, heç kəs cavab verməyəcək.
Bu məlumatı «Facebook» səhifəsində şərh edən Əkrəm Həsənov qeyd edib ki, SMS-də bankların rəsmi məzənnəsi verilmir.
«Belə çıxır ki, «qara bazar» özünü komfortlu hiss edir və reklamla da məşğul olur. Hüquq mühafizə orqanları bununla məşğul olmalıdır», deyə Əkrəm Həsənov yazır.
Hüquqşünas Xalid Ağaliyev Turan-a deyib ki, bu fakt Baş Prokurorluğun istintaq başlamsı üçün səbəb ola bilər.
«Qara bazar» qanunsuzdur və onun reklamı qanunvericiliyə ziddir», - deyə o bildirib.
Baş Prokurorluq və DİN «qara bazar»ın reklamı barədə şərh verməyib.
2015-ci ildə devalvasiya başlayanda hakimiyyət «qara bazar»ın formalaşmasına ciddi mane olub. Amma son vaxtlar «qara bazar» inkişaf etməyə başlayır. – 75В-
-
- İqtisadiyyat
- 6 Sentyabr 2016 12:48
-
- Cəmiyyət
- 6 Sentyabr 2016 14:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz