Monteneqro bankının kapitalına 12 mln avro qoyulub
Monteneqro kommersiya subyektlərinin mərkəzi registri 13 apreldə «Azmont Banka» ASC-nin qeydiyyata alındığını bildirib.
İctimaiyyət üçün açıq informasiyada deyilir ki, bankın kapitalına 11 mln 980,4 min avro qoyulub. Bankın yeganə səhmdarı “Azmont Investments” MMC-dir.
Monteneqro Mərkəzi Bankı (http://goo.gl/XDBz46) bak lisenziyasının (0101-4014/83-2) martın 1-də verildiyini bildirir.
«Azmont Banka» ASC-nin Direktorlar Şurasına 5 nəfər (Əhməd Erentok, Rəşid Rəsullu, Rəşad Əliyev, Qorxmaz Ağayev və Ana İvanoviç) daxildir.
Xatırladaq ki, “Azmont Investments”in səhmlərinin 99,99%-i “Azerbaijan Global İnvestments” MMC-yə məxsusdur. Bu investisiya şirkətinin səhmdarları “Pasha Development”, “AtaHolding” və “Synergy Group”dur.
“Azmont Investments” həmçinin Monteneqroda “Portnovi” kurort şəhərciyinin tikintisinə investisiya qoyur. 08B
-
- Cəmiyyət
- 21 Aprel 2016 15:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz