Moody’s 2017-ci ildə 1,1% ÜDM artımı proqnozlaşdırır
Moody's Investors Service beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 1,1 faiz, 2018-ci ildə 1,9% artacağını proqnozlaşdırır.
Turan-ın məlumatına görə, agentlik hesab edir ki, manatın qiymətdən düşməsi, yüksək inflyasiya, bank sektorunun zəifliyi böyük iqtisadi risk yaradır.
Moody’s ÜDM artımı proqnozunu karbohidrogenlərin bahalanması, “Şahdəniz 2”dən qaz hasilatı artımı ilə bağlayır.
Ölkənin kredit qabiliyyəti ilə bağlı zəif iqtisadi güc, institusional qeyri-şəffaflıq, yüksək fiskal möhkəmlik qeyd edilir.
Agentlik kredit qabiliyyətini Ва1 qiymətləndirir. Onu karbohidrogen ehtiyatı, artan, amma az xarici dövlət borcu, ARDNF-nin böyük valyuta ehtiyatı dəstəkləyir.
Moody’s iqtisadiyyatın zəif şaxələndirilməsini, zəif bank sektorunu, zəif iqtisadi institutlar və geosiyasi gərginliyi qeyd edir.
Agentlik korrupsiya ilə mübarizə səviyyəsi, makroiqtisadi məlumatların məxfiliyini mənfi qiymətləndirib.
Moody’s dövlət maliyyəsi neftdən asılı olsa da, fiskal gücü yüksək hesab edir. 71D
-
- İqtisadiyyat
- 16 Dekabr 2016 12:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz