Cümə günü Milli Məclis 112 səs “lehinə”, 3 səs “əleyhinə” olmaqla 2017-ci il üçün dövlət büdcəsini qəbul edib.
Turan məlumat verir ki, dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat (ÜDM-in 26%-i) həcmində proqnozlaşdırılır. 2016-cı illə müqayisədə azalma 867 mln. manat (5,2%) təşkil edib.
Dövlət büdcəsinin xərcləri 16 mlrd. 600 mln. manat (ÜDM-in 27%-i) səviyyəsində proqnozlaşdırılır. 2016-cı illə müqayisədə azalma 1 mlrd. 895 mln. manat (10,2%) təşkil edib.
Büdcə kəsiri 645 mln. manat (1 mlrd. 28 mln. manat– 61,4%) təşkil edəcək.
Dövlət Neft Fondundan transfertlər 6 mlrd. 100 mln. manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 1 mlrd. 515 mln. manatdan az və ya
19,9% təşkil edib.
Neft sektorundakı gəlirlərin dövlət büdcəsində xüsusi çəkisi 49,2% (7 mlrd. 855 mln. manat) təşkil edib. Bu göstərici 2016-cı ildə olduğundan 14,9% azdır.
Müdafiə xərcləri 2,8 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da dövlət büdcəsinin bütün xərclərinin 16,7%-ni təşkil edir. 2016-cı illə müqayisədə 2,9% (77 mln. manat) çoxdur.
Milli Məclisin və onun aparatının saxlanması xərcləri layihənin ilkin variantı ilə müqayisədə 850 min manat artırılıb və 23 mln. 939 min 714 manat təşkil edəcək.
ÜDM artımı 1% səviyyəsində proqnozlaşdırılır və 61,4 mlrd. manat təşkil edəcək.
2017-ci il üçün inflyasiya 7,3%-dək proqnozlaşdırılır.
Dövlət büdcəsi bir barel neftin qiyməti 40 dollar hesabı ilə formalaşlıb.–71D-
Rəy yaz