Moody’s «ABB-Moskva»nın uzunmüddətli depozit reytinqini artırıb
Moody’s beynəlxalq reytinq agentliyi “ABB-Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “В3” səviyyəsindən “В2” səviyyəsinə qədər artırıb.
Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) b3-dən b2 pilləsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib. Bu barədə “Azərbaycan Beynəlxalq Bankı” ASC (“ABB-Moskva”nın 100% səhm sahibi) məlumat verib.
Bu reytinq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Banka dəstəyindən sonra “ABB-Moskva”nın getdikcə güclənən mövqeyi ilə bağlı Moody’s-in rəyini əks etdirir. ABB və “ABB-Moskva” 2016-cı ildə bankın sağlamlaşdırılması tədbirləri çərçivəsində Azərbaycan hökumətindən dəstək alıb.
Zərərli aktivlərin alınması ilə yanaşı, bu ilin II rübündə “ABB-Moskva”nın nizamnamə kapitalı 2 mlrd rubladək artırılıb. Bu, son 5 ildə ən böyük artım olub və kapital 70% artırılıb.
Moody’s eskpertləri ümid edir ki, Azərbaycan Beynəlxalq Bankının kapital artımı və aktivlərinin sağlamlaşdırılması yaxın 12-18 ayda da davam etdiriləcək. 08D
-
- Söz istəyirəm
- 2 Noyabr 2016 13:58
-
- Cəmiyyət
- 2 Noyabr 2016 15:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz