«Mövcud olmayan» mebel biznesi aşkarlanıb
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 1 112 183 manat vergidən yayınmaya görə 2 cinayət işi başlayıb, - deyə rəsmi məlumatda bildirilir.
CM-in 213.2.2 maddəsi ilə Rüfət Həbilov və "Sama LTD" MMC-yə qarşı cinayət işi başlanılıb. Onlar 562 min 483,61 manat və 549 min 699,49 manat vergidən yayınmaqda ittiham edilir.
İstintaq müəyyən edib ki, R.Həbilov "Verona Lux" mağazasına rəhbərlik edib. Amma sənədə əsasən, 2009-cu ildən vergi ödəyicisi kimi fəaliyyətini dayandırıb. Araşdırma zamanı mağazada satılan mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki olaraq Biləcəri qəsəbəsində yerləşən “Səma LTD” MMM-ə məxsus olan mebel fabrikində hazırlandığı müəyyən edilib.
Həmçinin satılan mebellərə görə sifarişçilərə ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd hesablaşma qaydalarının pozulması halları da müəyyən olunub. Verona Lux və Sama LTD-də "qara mühasibat" da aşkar edilib. --17D—
-
- Siyasət
- 16 İyul 2014 14:40
-
- İqtisadiyyat
- 16 İyul 2014 16:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz