mdi.gov.az
Müdafiə Sənayesi Nazirliyinin binasını Tovuz rayonunun Aşağı Quşçu kəndindən olan şirkət təmir edəcək
Bakı/14.11.17/Turan: Müdafiə Sənayesi Nazirliyi Bakıdakı inzibati binasını təmir etmək üçün podratçı kimi "Tomris-1" MMC-i seçib. Bu ilin iyulun 25-də yaradılan şirkətin balansında bu qurumla müqaviləyə qədər daha bir dövlət strukturu ilə müqaviləsi olub.
Müdafiə Sənayesi Nazirliyinin binasının təmiri üçün podratçı seçiminə qiymət sorğusu oktyabrın 16-da keçirilib. Müsabiqənin qalibi ayın 19-da elan edilib. Dövlət satınalmalarının reyestrini aparan İqtisadiyyat Nazirliyinin məlumatına görə isə, "Tomris-1" MMC ilə müqavilə oktyabrın 17-də - seçimdə iştirak üçün iddiaçıların müraciətlərinin sonunçu gününün səhəri imzalanıb. Müqavilənin qiyməti - 14 min 987 manatdır.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, İstehlak Mallarının Ekspertizası Mərkəzi (İMEM, bu quruma tabedir - red.) oktyabrın 11-də "Tomris-1" MMC ilə İMEM-nin Quba-Xaçmaz regional şöbəsində təmir işləri üçün 45 min 868 manatlıq müqavilə imzalayıb.
"Tomris-1" MMC bu ilin iyul ayında 20 manat kapitalla Tovuzun Aşağı Quşçu kəndində təsis edilib. Bu şirkət barədə başqa məlumat yoxdur. 08D
-
- Siyasət
- 14 Noyabr 2017 11:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz