Mülkiyyət hüququnun qeydiyyatı daha qısa müddətə həyata keçirilir
Bu ilin ikinci rübündə daşınmaz əmlak üzərində hüquqların orta qeydiyyat müddəti 11,8 gündən 8,4 günədək azalıb.
“2016-ci ildə birinci rübündə daşınmaz əmlak üzərində hüquqların orta qeydiyyat müddəti 12,6 gün təşkil edirdisə, ikinci rübdə bu göstərici 1,5 bənd enib. Təkrar bazar üzrə (2016-cı il yanvar-mart ayları - 9,9 gün) daşınmaz əmlak üçün dövlət qeydiyyatından çıxarışlar üç gün əvvəl verilirdi”, - Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilir.
Bakı şəhəri üzrə vəziyyət başqadır. Bu ilin birinci rübündə daşınmaz əmlak obyektlərinin ilkin qeydiyyatı sənədlər təqdim olunduqdan sonra 15,5 gün ərzində rəsmiləşdirilirdi. İkinci rübdə mülkiyyət üçün sənədlər 14 gün ərzində verilir. Təkrar bazarda durum bir az sadədir: çıxarışın verilməsi orta hesabla 13,2 gündən 7,6 günə endirilib.
Qeyd etmək lazımdır ki, mülkiyyətçi Tarif Şurasının nəzərdə tutduğu ödənişi ödəsə dövlət reyestrindən çıxarışı daha qısa müddətə (müəyyən olunmuş müddətdən 3/2 və ya 3/1 hissəsi) almaq hüququ əldə edir.
Odur ki, dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı orta müddətin azaldılmasında bu amil də rol oynayır.
Xatırladaq ki, 2016-cı il aprelin 29-dan qüvvəyə minən normaya görə, daşınmaz əmlak hüququ üzrə dövlət qeydiyyatı 20 iş günündən 10 iş gününə endirilib. 08D
-
- İqtisadiyyat
- 3 Avqust 2016 11:11
-
- İqtisadiyyat
- 3 Avqust 2016 11:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz