Müstəqillik illərində ilk dəfə dövlət büdcəsinin gəlirləri azalacaq
Prezident İlham Əliyevi oktyabrın 7-də dövlət büdcəsinin layihəsini parlamentə təqdim edib. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 4% azalacaq. Ehtimal ki, gələn il hökumət büdcəçilərin maaşını artırmayacaq.
2014-cü ildə hökumət dövlət büdcəsinin gəlirlərini 18 mlrd 384 mln manat proqnozlaşdırır. Bu, bu ilkindən 775 mln manat azdır. Dövlət büdcəsinin xərcləri 20 mlrd 063 mln manat planlaşdırılıb. 2013-cü il ilə müqayisədə (19 850 mln manat) xərclər 2014-cü ildə 213 mln manat və ya 1,1% artacaq.
2014-cü ildə dövlət büdcəsinin kəsiri bu illə müqayisədə 1 mlrd manat artaraq 1 679 mln manat olacaq.
2014-cü ildə Neft Fondundan büdcəyə transfertlər bu il ilə müqayisədə 2 mlrd manat (17,7%) azalacaq və 9 337 mln manat təşkil edəcək. Maraqlıdır ki, Neft Fondundan transfertlər nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərində 15,9% artım proqnozlaşdırılır (+1 238 mln manat).
2014-cü ildə qeyri-neft sektorunun payı 6 245 mln manat olacaq. Bu, 2013-cü ilin göstəricisindən 1 076 mln manat və ya 20,8% çoxdur. Vergilər Nazirliyi dövlət büdcəsinə 7,1 mlrd (+11%), Gömrük Komitəsi 1 510 mlrd manat (+9,4%) təmin edəcək.--0--
-
- İqtisadiyyat
- 8 Oktyabr 2013 14:10
-
- İqtisadiyyat
- 8 Oktyabr 2013 14:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz