Nağd hesablaşma qaydalarından yayınma sahibkarlar arasında populyardır
İyunda vergi qanunvericiliyinin ən populyar pozuntusu nağd hesablaşma qaydalarının pozulmasıdır – Vergilər Nazirliyi 2 662 belə hal müşahidə edib.
Nazirlik bildirir ki, ötən ay vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5765 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Belə ki, 1263 vergi ödəyicisi lisenziya almadan fəaliyyət göstərib. 731 vergi ödəyicisi qanunla nəzərdə tutulmayan valyutanı ödəniş vasitəsi kimi qəbul edib, 378 vergi ödəyicisi 587 nəfəri əmək müqaviləsi bağlamadan işə cəlb edib, 319 vergi ödəyicisi fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıyıb, 153 vergi ödəyicisində aksiz markaları ilə markalanmamış mal aşkarlanıb. --17D—
-
- Cəmiyyət
- 5 İyul 2014 13:20
-
- İqtisadiyyat
- 5 İyul 2014 13:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz