Natiq Əliyev ABŞ-ı Cənub Qaz Dəhlizini dəstəkləməyə çağırıb
Böyük enerji layihələrinin həyata keçirilməsində siyasi dəstək çox əhəmiyyətlidir, bu barədə Azərbaycan energetika naziri Natiq Əliyev ABŞ-ın Bakıdakı səfiri Robert Sekyuta ilə bugünki görüşdə bildirib.
Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi üzrə işlər qrafikə tam uyğun şəkildə gedir. Azərbaycan energetika layihələri üzrə bütün öhdəliklərini yerinə yetirir.
TAP layihəsinin (Transadriatik qaz kəməri) həyata keçirilməsi çərçivəsində yaranmış problemlərə toxunan Əliyev ABŞ-ın bu məsələ üzrə mövqeyini yüksək qiymətləndirib.
“Bakı-Tbilisi-Ceyhan nümunəsi təsdiq etdi ki, böyük energetika layihələrinin həyata keçirilməsi zamanı siyasi mövqe əhəmiyyətlidir. “Cənub Qaz Dəhlizi”nin və onun komponenti olan TAP-ın həyata keçirilməsində də bu dəstək vacibdir”, deyə Əliyev bildirib.
Sekyuta öz növbəsində Azərbaycan qazının hasilatında və nəqlində Vaşinqtona dəstək vəd edib.
Görüşdə həmçinin yunanıstandakı hadisələrin energetika layihələrinə və dünyada neftin qiymətinə, Transxəzər boru kəmərin və “Türk Axını” qaz kəmərinə təsiri haqqında fikir mübadiləsi aparılıb. -16D-
-
- İqtisadiyyat
- 8 İyul 2015 17:53
-
- Siyasət
- 8 İyul 2015 18:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz