Naxçıvan Dövlətstatkomunun hiyləgər rəqəmləri
Naxçıvan MR-da 1 iyul üçün 1 mlrd 14,09 mln manatlıq ÜDM istehsal (ötən illə müqayisədə +2,4%) edilib.
Tam dotasiya ilə işləyən muxtariyyətin Dövlətstatkomuna görə, adambaşına ÜDM həcmi I yarımildə 2 min 323,8 manat (il ərzində + 2,3%) olub. ÜDM strukturunda sənaye 31,5%, tikinti 22,8% paya malik olub.
Sənaye istehsalı əsasən özəl sektorda olub – 471,58 mln manatın 438,91 mln-u onun payına düşür. Əsas kapitala investisiyalar 516,28 mln manat təşkil edib. İllik artım 1,6 dəfədir.
Maraqlıdır ki, pərakəndə ticarət dövriyyəsi I yarımildə 24%, əhalinin pul gəlirləri 3,4%, orta əmək haqqı 2,1% artıb.
Banklar və kredit təşkilatları yanvar-iyunda 2 mln 233,8 min manat kredit verib. Bu, ötən ilin eyni dövründəkindən 2,3 dəfə çoxdur. Nominal olaraq, muxtariyyətdə 420 min nəfər yaşayır. Demək, adambaşına 5 manat kredit düşür. Hətta ən kasıb Asiya və Afrika ölkələrində belə rəqəmlər yoxdur. Bel çıxır ki, əhalinin dörddə biri də burda yaşamır. Onlar Vasif Talıbovun əlindən Türkiyə, İran, Rusiyaya, çoxu isə Bakıya və regionlara qaçıb.
I yarımildə NMR-nın xarici ticarət dövriyyəsi $232,42 mln (+0,9%) olub. İxrac $175,09 mln, idxal $57,331 mln təşkil edib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz