Naxçivan Kredit-in portfeli 40% azalıb
"Naxçivan Kredit" MMC qeyri-bank təşkilatının aktiv kredit portfeli bu ilin yanvar-avqust aylarında $4.92 mln yaxud 39,9% azalaraq $7,564 mln-a çatıb.
Hesabat dövründə təşkilatın aktivləri $4,82 mln yaxud 40,2% azalaraq $7,189 mln təşkil edib. Şirkətin müştərilərinin ümumi sayı 29,4% azalaraq 6,08 min nəfərə düşüb.
Təşkilatın portfelində problemli kreditlərin payı ilin əvvəli ilə müqayisədə dəyişilməz qalaraq 0,03% təşkil edib. Borc alanların 49%-i qadınlar təşkil edib (+1% ilin əvvəli ilə müqayisədə).
Maliyyə bazarında bütün fəaliyyəti dövründə "Naxçivan Kredit" MMC ümumilikdə $44,194 mln-luq kredit verib. Şirkət Naxçıvan MR ərazisində fəaliyyət göstərir. Kreditlər 9 aydan 18 aya qədər müddətə verilir, məbləğ isə $500-$5000 diapazonunda dəyişir. Kredit dərəcələri illik 30%-a çatır. --15B—
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 15:10
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 15:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz