- İqtisadiyyat
- 18 Oktyabr 2013, 15:44
- 213
Bakı ikinci dəfə Avrasiya məkanında sement istehsalçılarının görüş yeri olacaq
Oktyabrın 20-dən 23-ə qədər Bakıda Avrasiya sement forumu keçiriləcək - XXIV beynəlxalq konfrans və sərgi - BusinessCem Baku 2013. Sonuncu dəfə BAkı 2008-ci ilin oktyabr ayında Avrasiya məkanında sement istehsalçılarının görüş yeri olub.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Turana bildiriblər ki, forumun işində 14 ölkədən 70 şirkətin nümayəndələrinin iştirakı gözlənilir.
Forumun təşkilatçısı «BiznesSem» MMC (Rusiya), baş tərəfdaşı – «NORM» MMC-dir (Azərbaycan). Bu ayın sonuna bu müəssisənin ildə 2 mln ton gücü olan zavodunun təmtəraqlı açılışı gözlənilir.
Son 20 ildə BusinessCem beynəlxalq reputasiya qazanıb və peşakar konfrans və sərgidərin keçirilməsi və təşkilində təcrübə əldə edib. İlk Avrasiya sement forumu 2008-ci ildə təşkil edilib.
«BiznesSem»də qeyd edirlər ki, Azərbaycanda sement sənayesi iqtisadiyyatın inkişafda olan sahələrindən biridir və ona görə də BusinessCem məmnuniyyətlə qədim və gözəl Bakıya qayıdır.
Konfrans Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Rusiya sement istehsalçıları ittifaqının dəstəyi, AZPROMO-nun təşkilatı dəstəyi ilə keçirilir.
Forumun əsas mövzusu Azərbaycanın və MDB ölkələrinin iqtisadi inkişafının müasir mərhələsində sement və tikinti sənayesinin təchizat vasitələrini texniki baxımdan tamamilə yeniləşdirilməsi və strateji inkişafı olacaq.
Konfrans çərçivəsində geniş ixtisaslaşdırılmış sərgi keçirilir. 08B
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 15:19
-
- İqtisadiyyat
- 18 Oktyabr 2013 15:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz