«NBC Bank»ın vaxtı keçmiş kreditləri 9,9%-dir
2016-cı ildə «NBC Bank»ın aktiləri 2015-ci illə müqayisədə 4,95% və ya 8 mln 291 min manat azalaraq, 158 mln 970 min manat olub.
Turan-ın məlumatına görə, bu dövrdə bankın öhdəlikləri 106 mln 31 min manatadək (-23 mln 862 min manat və ya 18,37%) azalıb.
Bankın depozitləri 33 mln 149 min manat və ya 32,9% azalaraq 67 mln 598 min manat təşkil edib.
2016-cı ildə «NBC Bank»ın kapitalı 15 mln 570 min manat və ya 41,66% artaraq 52 mln 939 min manata çatıb.
Bu dövrdə bankın kredit portfeli 134 mln 846 min manatadək (-18 mln 132 min və ya11,85%) azalıb. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi (13 mln 354 min manat) kredit portfelinin 9,9%-i qədərdir.
Bank 2016-cı ildə 1 mln 797 min manat ziyana düşüb. –71D-
-
- Cəmiyyət
- 12 Yanvar 2017 15:07
-
- İqtisadiyyat
- 12 Yanvar 2017 16:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz