«SOCAR Petroleum» QSC kapitalını üç dəfə artırıb
Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Petroleum” QSC nizamnamə kapitalını 53,8 mln manat artırır.
Maliyyə Bazarlarına Nəzarət Palatası yanvarın 6-da şirkətin birinin nominal dəyəri 300 manat olan 179 617 ədəd adi səhminin əlavə buraxılışını dövlət qeydiyyatına alınıb.
Buna qədər “SOCAR Petroleum” QSC-nin nizamnamə kapitalı 29 mln 875,8 min manat olub.
Şirkət 2008-ci ilin sentyabrında SOCAR (51%) və “A.P. İnternational LLC”-nin (ABŞ, 49%) iştirakı ilə təsis edilib. Onun Azərbaycanda 23 YDM və 11 neft bazası, avtoservis stansiyası, 26 nömrəlik moteli, eləcə də çoxlu avtonəqliyyat vasitəsi var. --08D--
-
- İqtisadiyyat
- 12 Yanvar 2017 15:56
-
- Cəmiyyət
- 12 Yanvar 2017 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz