«NBCBank» 11,4 mln manat kapital cəlb edir
Qiymətli kağızlar üzrə Dövlət Komitəsi NBCBank ASC-nin səhmlərinin burxılışını qeydiyyata alıb. "Kapital Menecment İnvestisiya Şirkəti" ASC bildirir ki, emissiya həcmi 11 mln 464 min manatdır.
Bakı Fond Birjası vasitəsilə hər birinin nominal dəyəri 243.60 manat olan 47061 ədəd səhm buraxılışı qeydiyyata alınıb.
Yeni səhmlər yerləşdirilsə, bankın nizamnamə kapitalı 58 mln manata çatacaq.
Qeyd edək ki, martın 11-də “NBCBank” ASC 19 noyabr 2014-cü il tarixdə qeydiyyata alınmış 20535 ədəd adi adlı sənədsiz səhmlərin yerləşdirilməsini baş tütmamış elan edib (https://goo.gl/z2M0Vf). Uğursuzluğun səbəbi açıqlanmır.
Xatırladaq ki, yanvarın sonunda Mərkəzi Bank bank lisenziyasını ləğv edib və bu qərarı bir sıra tələblərin yerinə yetirilməməsi ilə əsaslandırıb. Amma bir həftə sonra - fevralın 1-də AMB öz qərarını ləğv edib.
“NBCBank”ın səhmdarları 2 şirkət və 6 fiziki şəxsdir. 08B
-
- Cəmiyyət
- 14 Mart 2016 13:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz