NBCBank-ın depozit portfeli 71% genişlənib
2012-ci ilin 9 ayında "NBCBank" ASC-nin aktivləri 30,5% artaraq 82,73 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 31,1% artaraq 66,93 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 44,75 mln-dan 61,9 mln manata artıb. Depozit portfeli 71% genişlənərək 43,41 mln manat, o cümlədən müddətli müştəri əmanətləri
51,4% artaraq 35,55 mln manat olub.
Balans kapitalı 11,3% artaraq 20,82 mln manata çatıb, məcmu kapital 12,2% artımla 20,06 mln manatı keçib. Ödənilmiş nizamnamə fondu 16,39 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri və xərcləri 9,13 mln və 7,27 mln manat olub. Vergi ödəniləndən sonra xalis mənfəət 1,97 mln manat təşkil edib. --15B--
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 12:58
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 13:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz