Bank Avrasiya-nın aktivləri üç rübdə 10% azalıb
2012-ci ilin yanvar-sentyabrında "Bank Avrasiya" ASC-nin aktivləri 10% azalaraq 63,09 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 30,2% artaraq 36,65 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 48,58 mln-dan 41,35 mln manata azalıb. Depozit portfeli 20% azalaraq 32,16 mln manat, müddətli müştəri əmanətləri
10,1% artaraq 14,17 mln manat olub.
Balans kapitalı 1,1% artaraq 21,75 mln manata çatıb, məcmu kapital 5,2% artımla 20,96 mln manatı keçib. Ödənilmiş nizamnamə fondu 20 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri 5,16 mln, xərcləri 4,34 mln manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə onlar 53% və 16,2% artıb. Vergi ödənilənədək sonra xalis mənfəət 822 min manat təşkil edib. --15B--
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 12:56
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 13:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz